Dr. Hidayət Məmmədzadə

Zob xəstəliyi qalxanabənzər vəzinin xərçəng olmayan böyüməsidir

Qalxanabənzər vəzidə onkoloji problemin baş verməsi üçün bir xərçəngönü xəstəliyin olması lazımdır. Bu ad altında adətən vəzidə olan düyünlər başa düşülür.

Qalxanabənzər vəzdə olan bütün düyünlərin 5-10 faizində xərçəng olma riski var. Qalxanabənzər vəzinin hər düyününə və xəstəliyinə xərçəng deyilmir. Ultrasonoqrafik olaraq müəyyən xərçəng şübhəsi olan düyünlər biopsiya edilir. Əgər biopsiyanın nəticəsi şübhə doğurursa, bu xəstələr əməliyyat olunur. Həqiqət əməliyyatdan sonra bilinir. Bəzən biopsiya ilə əməliyyatın nəticəsi üst-üstə düşməyə də bilər. Ona görə də tam klinik diaqnoz əməliyyatdan və xəstələrin histoloji müayinəsindən sonra qoyulur. Hər qalxanabənzər vəz xəstəsinə təbii ki, əməliyyat lazım deyil. Xəstələrin əməliyyata göndərilməsi üçün əsas üç göstəriş var:

Birinci, xəstə qalxanabənzər vəzi xərçəngidirsə və ya xərçəng şübhəsi varsa, mütləq əməliyyat olunmalıdır;

İkinci, toksiki zəhərli zoblarda radioaktiv yod müalicəsinə əks göstəriş varsa (xüsusən, gənclər, siqaret çəkənlər, göz problemləri olanlar və böyümüş qalxanabənzər vəz problemi olanlar ). Bu hallarda cərrahi əməliyyat tövsiyə edilir.

Üçüncü, böyümüş qalxanabənzər vəzi və yaxud da zobu olan xəstələr. Vəz estetik defekt yaradırsa, hormon tarazlığı pozulmayıb lakin vəz çox böyüyübsə, xəstəni boğur və ya sıxırsa, nəfəs və ya digər boyun orqanlarında deformasiya yaradırsa, estetik, kosmetik defekti aradan qaldırmaq üçün böyümüş vəzinin cərrahi olaraq xaric edilməsi üçüncü göstərişi təşkil edir.

Bəzən heç bir göstəriş büruzə verməyən xəstələrin cərrahi əməliyyat olunmasına də təsadüf edirik, amma əməliyyata cərrah təkbaşına deyil, endokrinoloq ilə birlikdə qərar verməlidir.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Tireoid vəzi

Hamiləlikdə hipotiroidizm

Hipotiroidizm tireoid xəstəlikləri içərisində ən çox rastlaşdığımız patologiyadır. Hamiləlik boyunca yetərli miqdarda tireoid hormonlarla dölün…

Oxu
Tireoid vəzi

Hamiləlikdə qalxanabənzər vəzi xəstəlikləri

Hamiləlik problemlərində qalxanabənzər vəzin xəstəlikləri mühüm yer tutmaqdadır. Çünki, tireoid problemləri hamiləlik dövrünün ən çox rast gəlinən…

Oxu
Tireoid vəzi

Tireoid əməliyyatından sonra xəstələrin kontrolları olmalıdırmı?

Bütün əməliyyat keçirmiş xəstələr mütləq bəlli zamanlarda kontrol edilməlidir ki, həm xəstəliyin təkrarından qorunsunlar, həm də ola biləcək…

Oxu