
1. Dərman müalicəsi
Əgər qalxanabənzər vəzinin hormon profilində yetərsizlik varsa, çatışmayan hormonu əvəzləmək üçün onun sintetik analoqu həb şəklində qəbul edilir. Bu həblərin qəbulu ömürlükdür.
Adekvat dozanı müəyyən etmək üçün bəlli müddətdən bir qan yoxlamaları aparmaq lazımdır.
Əgər bunun əksinə qalxanabənzər vəzidə hormon tarazlığı istehsalın artması səbəbilə tretoksikoz diaqnozu qoymağa əsas verirsə, o zaman xüsusi antitiroid preparatlarla qalxanabənzər vəzidə hormon istehsalını azaltmağa çalışmaq və hormon tarazlığını qorumaq lazımdır.
2. Cərrahi müalicə
Cərrahi müalicə qalxanabənzər vəz xəstəliklərində vacib yer tutur. Amma xəstələrin əməliyyatdan əvvəl və sonrakı dövrlərdə mütləq həkim endokrinoloq tərəfindən müntəzəm yoxlamaların aparılması çox vacibdir.
3. Radioaktiv yod müalicəsi
Radioaktiv yod müalicəsi müəyyən tretoksikoz hallarında xüsusi qrup xəstələrə və qalxanabənzər vəzin xərçəngindən əməliyyat olunmuş xəstələrə əməliyyatdan sonrakı dövrdə ablasiya məqsədi ilə edilən müalicə üsuludur. Bu müalicə üsullarından başqa digər türkəçarə, fitoterapiya, qurbağa və s. bu kimi müalicələrin heç bir elmi əsası yoxdur. Bunlarla müalicə aparmaq sadəcə vaxt itkisidir.
