Dr. Hidayət Məmmədzadə

Boy qısalığı probleminə yanaşma necə olmalıdır?

Boy qısalığına yanaşmada əhəmiyyətli məqam mövcud “normal” səbəblərin patoloji olanlardan ayırd edilməsi və daha sonra patoloji səbəblərin ayrıca diferensasiya edilməsidir.

Boy qısalığı demək üçün əvvəl düzgün diaqnoz qoymaq lazımdır. Ortalamanın -2 SD (standart deviasyon) dəyərindən daha aşağı boy dəyərləri və ya qiymətləndirmədə çox istifadə olunan boy persantil əyrilərində boyun 3 persentildən daha aşağı olması patoloji olub, boy qısalığı deməkdir.Bu səbəbdən dediyimiz 3 % uşaq normal olduğu halda 3-cü persantilin altındadır. Boy artımı məsələlərində toplum, xalqlar, fərqli iqlim amilləri nəzərə alınaraq hər ailəyə də individual yanaşılmalıdır. Böyümə sürəti, mövsümi artım fərqləri və ölçü xətalarına bağlı şərh səhvləri aradan qaldırmaq üçün, uşaq illik müqayisəli kontrol aparılmaqla qiymətləndirilməlidir.

3 ay ara ilə edilən boy ölçümlərinə əsaslanaraq hesablanmış illik artım sürətlərinin şərhində diqqətli olmaq lazımdır. Böyümə sürəti mütləq orta dəyərləri 0-6 ay arası 16 sm, 6-12 ay arası 8 sm, 1-2 yaş arası 10-12 sm / il; 2-4 yaş arası 7 sm / il; 4 yaşdan yetkinliyə qədər da 5-6 sm / il ətrafındadır. Yetkinlik əvvəli böyümə sürəti ən aşağı səviyyələrə düşər və 3-4 sm/il kimi olur. Yetkinlik dövründə qızlarda döş tumurcuqlanması ilə birlikdə 7-8 sm / il kimi, oğlan uşaqlarında isə yetkinlik dövründə 9-10 sm / il kimi böyümə sürətlənməsi qeyd olunur. Böyümə sürəti alt və üst dəyərlər üçün böyümə sürəti persentil əyriləri istifadə edilir.

Böyümə sürəti persentil əyrilərində, böyümə sürətinin 25-75 persentillər arasında oynaması lazımdır. Bir uşaq bir il ərzində 25 persentildə bir böyümə sürəti göstərirsə, boy persentilinin eyni səviyyədə qala bilməsi üçün, ertəsi il 75 persantildə böyüməsi lazımdır.

Böyümə sürəti persentil əyriləri üçün türk və ya beynəlxalq standartlar istifadə oluna bilər.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Pediatrik endokrinologiya

Səbəbi bilinməyən boy qısalığı (İdiopatik boy qısalığı) nədir?

Boy qısalığına yol açdığı məlum hormon əskiklərini və ya xəstəliklərindən heç birinin olmadığı bilinməsinə rəğmən bir uşağın boyu, gözlənilən…

Oxu
Pediatrik endokrinologiya

Ana bətnində başlayan boy qısalığı (İntrauterin inkişaf geriliyi) haqqında nə demək olar?

Ana bətnində başlayan boy qısalığı ilə gedən bir sıra genetik sindromlar elmə məlumdur. Bu sindromlardan Turner sindromu – qız uşaqlarında böyümə…

Oxu
Pediatrik endokrinologiya

Boy qısalığını düşündürən hansı hormonal xəstəliklər vardır?

Qalxanabənzər vəzi hormonun əskikliyi həm yavaş böyümə, həm də zəkanın az inkişafı ilə nəticələnir. Bu problem doğuşdan ola biləcəyi kimi, uşaqlıq…

Oxu