Dr. Hidayət Məmmədzadə

Boy qısalığının diaqnostikası necə aparılır?

Böyümənin anormal və ya normal olduğunun göstəricisi, boy inkişafının müəyyən zaman içərisindəki böyümə sürətidir.

Böyümə əyrisi uşağın müəyyən bir zamandakı boyunu göstərən bir qeydiyyat növüdür. Həkiminiz hər müayinədə uşağınızın boy və kilosunu ölçür və bu nəticələri eyni yaşdakı digər uşaqlara aid nəticələr ilə müqayisə üzrə böyümə əyrisinə işləyir. Böyümə əyrisi, uşağın yetkinlik boyuna çatana qədər hər il neçə santimetr uzandığını göstərir. Hər kəsin özünə məxsus bir böyümə əyrisi vardır.

Boyun 3 persantilin altında olması və ya uşağın persantil əyrisinin aşağı düşməsi boy qısalığı və böyümədə dayanma olaraq təyin olunur.

Həm uşağın, həm də ailəsinin tibbi keçmişinin ətraflı olaraq bilinməsi həkimə uşağın boy qısalığı ilə əlaqədar bir çox ipucu verir. Həkiminiz, uşağınızın və digər ailə fərdlərinin keçirmiş olduğu xəstəlikləri və uşağınızın evdəki həyatını və qidalanma vəziyyətini bilmək istəyəcək. Ananın hamiləliyi, uşağın doğumu ilə əlaqədar suallar soruşulacaq, ana-atanın, bacı-qardaşlarının boylarını öyrənmək istəyəcək.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Pediatrik endokrinologiya

Səbəbi bilinməyən boy qısalığı (İdiopatik boy qısalığı) nədir?

Boy qısalığına yol açdığı məlum hormon əskiklərini və ya xəstəliklərindən heç birinin olmadığı bilinməsinə rəğmən bir uşağın boyu, gözlənilən…

Oxu
Pediatrik endokrinologiya

Ana bətnində başlayan boy qısalığı (İntrauterin inkişaf geriliyi) haqqında nə demək olar?

Ana bətnində başlayan boy qısalığı ilə gedən bir sıra genetik sindromlar elmə məlumdur. Bu sindromlardan Turner sindromu – qız uşaqlarında böyümə…

Oxu
Pediatrik endokrinologiya

Boy qısalığını düşündürən hansı hormonal xəstəliklər vardır?

Qalxanabənzər vəzi hormonun əskikliyi həm yavaş böyümə, həm də zəkanın az inkişafı ilə nəticələnir. Bu problem doğuşdan ola biləcəyi kimi, uşaqlıq…

Oxu