
Xəstəliyin dərman müalicəsində hormon yetərsizliyi təsdiq olunarsa mütləq qiymətli zamanı itirməmək üçün müalicə başlanmalıdır. Amma mütləq diaqnozun qoyulmasında illik, rübluk dərmansız boy təqibləri də nəzərə alınmalıdır. Praktikamızda daha çox böyümə hormonunun sintetik analoqu olan somatotropin adı verdiyimiz eyni böyümə hormonu qələm formalarında istifadə edilməkdədir. Bu xüsusi təlimat tələb edən bir müalicə üsuludur. Müalicə, ümumiyyətlə, illərcə davam edir. Böyümə hormonu müalicəsi hər gün dəri altına inyeksiya şəklində tətbiq olunmaqdadır.Bu xüsusi yalnız həkim endokrinoloq nəzarətində aparılan müalicədir. Böyümə hormonu verilməklə hədəf və arzuolunan boyuna çata bilən xeyli sayda xəstələr vardır.
