Ana səhifə MəqalələrBilmək vacibdir Piylənmənin müayinə və müalicə proseduru necədir?

Piylənmənin müayinə və müalicə proseduru necədir?

Piylənmənin diaqnostikası səbəbin aşkarlanması ilə bağlıdır. Müalicə isə diaqnoz dəqiqləşdirildikdən sonra, səbəbi aşkarlamaq və aradan götürməklə aparılır. Səbəbi aradan götürməklə yanaşı, müalicə zamanı dietoterapiya, medikamentoz müalicə, lazım gələrsə, cərrahi müalicə də aparılır.
Pasientdən diqqətli şəkildə anamnez alınaraq, şikayətlərə baxılır, sistemli bir fiziki müayinə edilərək qeyd edilir. BKİ hesablanır, bel çevrəsi ölçülür, piylənmənin dərəcəsi təyin olunur. AQŞ, açlıq serum lipid profili (total-xolesterol, HDL- xolesterol, LDL-xolesterol, total-xolesterol/HDL-xolesterol nisbəti və triqliseridlər), qaraciyər, böyrək testləri, tireoid testlərinə baxılır, USM-si (abdominal,tireoid) və EKG çəkilir. Lazım olan hallarda başqa həkim konsultasiyaları və irəli müayinələr edilir. Ehtiyac olduqda bu müayinələrə müəyyən aralıqlarda nəzarət edilir. Yaşam tərzi dəyişiklikləri ilk məsləhətimiz olub, əhəmiyyəti xəstəyə aydın izah olunmalıdır. İdman və fiziki aktivlik mütləqdir və pasientlər motivasiya olunmalıdır. Burda hədəfimiz ilk 6 ayda bazal çəkinin  azı 5%-i qədər kilo itkisidir. Yaşam tərzi dəyişikliyinə rəğmən BKİ≥30 kg/m2 yaxud, risk qrupunda olan BKİ= 27-29.9 kg/m2 olan pasientlərdə farmakoloji müalicə verilməlidir. Yaşam tərzi dəyişikliyi və dərmanlara cavab verməyən xəstələrdə BKİ ≥40 kg/m2 yaxud riskli qruplarda BKİ ≥35 kg/m2 olanlarda ikincili səbəblər araşdırıldıqdan sonra bariyatrik cərrahiyə düşünülməlidir.

Bel çevrəsinə görə xəstəlik riski:
Kişi ≥94 sm
Qadın ≥80 sm
BKİ görə təsnifat:

Az çəkili
<18.5 kg/m2
Normal
18.5-24.9 kg/m2
Artıq çəkili:
25.0-29.9 kg/m2
Piylənmə
30.0-34.9 kg/m2
I dərəcə
35.0-39.9 kg/m2
II dərəcə
≥40 kg/m2
III dərəcə

Paylaş: