Elmi fəaliyyət
Dr. Hidayət Məmmədzadə beynəlxalq səviyyədə çap edilmiş 9 tezis, 5 elmi məqalə, 5 kitabın müəllifidir.
Dr. Hidayət Məmmədzadə 2012-ci ildən hər il ardıcıl olaraq Türkiyə Endokrinologiya və Metabolizm Xəstəlikləri Dərnəyinin və Türkiyə Diabet Cəmiyyətinin təşkil etdiyi endokrinologiya, şəkərli diabet, tireoid ultrasəs müayinə kursları, hipofiz, böyrəküstü vəzi, lipid, osteoporoz simpoziumları, endobridge, endokurs və. s. beynəlxalq toplantılarda iştirakçı, mühazirəçi, panel sədri olmaqla
yanaşı çoxsaylı çıxışlarla ölkəmizi təmsil etmişdir. 2019-cu ildən Klinik Endokrinologiya və Diabet Dərnəyinin (KEDD) hər il təşkil etdiyi konfranslarda ardıcıl mühazirəçi, panel sədri, eləcə də poster təqdimatları ilə iştirak etmişdir. Dr.Hidayət Məmmədzadə müxtəlif illərdə və dəfələrlə Türkiyə, Almaniya, Avstriya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Çexiya, Özbəkistan, Kipr, Rusiya, Danimarka, Portuqaliya, Gürcüstan, İsveç, İspaniya, Birləşmiş Krallıq və s. ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli konfrans və seminarlarda endokrinologiyaya dair elmi məruzə, poster təqdimatı, panel sədri kimi çıxış etmiş, ölkəmizi təmsil etmişdir.
Ölkə daxilində keçirilən çoxsaylı tədbirlərdə, həmçinin regionlarda endokrinologiyanı əhatə edən müxtəlif mövzularda mühazirələr oxumuş, seminarlar, konfranslar təşkil edərək təcrübələrini bölüşmüşdür. Eyni zamanda, dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dəvətli spiker olaraq mühazirələr oxumuş, Bakı şəhəri və regionlarda seminarlar aparmış və II Terapiya kafedrasının endokrinologiya ixtisası üzrə doktoranturasını bitirmişdir. 2024-cü ildən Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyanın sədr müavinidir. Müxtəlif ölkədaxili və beynəlxalq əhəmiyyətli tibbi jurnallarda elmi məqalələri çap olunmuşdur.
Sosial şəbəkə üzərindən 2015-ci ildən “Azerbaijan Endocrinology Club” platformasını təsis edərək həkim-endokrinoloqların elmi-praktik səviyyəsinin artırılması üçün bir sıra tədbirlər, o cümlədən, ölkədə ilk dəfə bəzi simpoziumların (1-ci Pediatrik endokrinologiya, 1-ci Hamiləlik və endokrin xəstəliklər, 1-ci Neyroendokrin törəmələr, 1-ci Osteoporoz və metabolik sümük xəstəlikləri simpoziumu və s.) keçirilməsində əsas təşkilatçı, məruzəçi və həmsədrlərdən biri olmuşdur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri və mətbuatda (qəzet, jurnal, TV, radio və sosial media) əhalinin
tibbi maariflənməsi üçün çoxşaxəli fəaliyyət göstərmişdir. 2015-ci ildən Azərbaycanda həkim-endokrinoloqlar üçün keçirilən çoxsaylı yerli, beynəlxalq – elmi konfransların həmsədri, təşkilatçısı və mühazirəçisi olmuş, çoxsaylı endokrinoloq-rezidentlər hazırlamışdır. Hazırda rəhbəri olduğu Baku Medical Plaza Klinikasının Endokrinologiya şöbəsi ATU-nun bazası olaraq həkim-rezidentlərin
hazırlığı üçün 2022-ci ildən rəsmi icazə almışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 17 dekabr 2021-ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmiş “Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol”un (2022- ci il) və “Diabetik nefropatiyalı xəstələrin aparılma taktikası üzrə metodik vəsait”in (2019-cu il) həmmüəllifidir. Həmçinin, Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin 2024-cü ildə yayımladığı ,,Şəkərli diabet və ağırlaşmalarının diaqnostika, müalicə və təqibi-2024” protokolunun
(Temd Dı̇abetes Mellı̇tus Ve Komplı̇kasyonlarının Tanı, Tedavı̇ Ve İzlem Kılavuzu-2024) və ,,Osteoporoz və metabolik sümük xəstəlikləri protokolu-2025” (Osteoporoz ve metabolik kemik hastalıkları tanı ve tedavi kılavuzu-2025) kitablarının həmmüəllifidir.
https://file.temd.org.tr/Uploads/publications/guides/documents/diabetesmellitus2024.pdf
https://file.temd.org.tr/Uploads/publications/guides/documents/OSTEPOROZ_nisan2025.pdf
https://www.isim.az/kitablar/XBÇdiabet.pdf
https://isim.az/upload/File/reports/duyunluur2021.pdf
Dünyada endokrinologiya sahəsində aparıcı 10 elmi cəmiyyətin həqiqi üzvü və fəxri doktorudur.
2017-ci ildə Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin təşəbbüsü ilə ölkəmizdə keçirilən “Azerbaijan 2017 Changing Diabetes Awards” mükafatının qaliblərindən biri olmuş və “İLİN HƏKİMİ” seçilmişdir.
03.07.2018-ci ildə İtaliya Parlamenti tərəfindən peşəkar həkimlik fəaliyyəti və elmi xidmətlərinə görə “LA NAVICELLA” medalı və təşəkkürnamə sertifikatı verilmişdir.
