Ana səhifə Məqalələr Psevdoakromeqaliya

Psevdoakromeqaliya

Psevdoakromeqaliya – akromeqaliya xəstəliyinə bənzər klinik əlamətlər göstərən, ancaq IGF-1 ve GH səviyyəsi normal olduğu qeyd olunan bir duruma verilən addır. Adından məlum olduğu kimi bu hal akromeqaliya xəstəliyi deyildir. Bu durum eynilə mahiyyət etibarı ilə psevdokuşinq termini ilə oxşardır. Psevdokuşinqlər piylənmələr,depressiya vəziyyətləri, xroniki alkoqolizmdə də rast gəlinə bilər. Minoksidil pereparatı və insulin rezistentliyi olan hallarda da psevdoakromeqaliya qeyd oluna bilər. Psevdoakromeqaliya çox istifadə olunan bir termin deyildir. Klinik şübhəmizi ifadə edən bir ifadədir. Lakin bunu subklinik durumlarla qarışdırmaq olmaz. Subklinik Kuşing və ya akromeqaliya xəstəliyi isə labarator əlamətlərin bu ya digər dərəcədə olması lakin klinik simpomatikanın xəstəni çox narahat etməməsi, klinikanın olmaması hallarıdır. Subklinik akromeqaliya son dərəcədə nadir, amma subklinik Kuşinq çox rast gəldiyimiz hallardır. Psevdo (yalançı) xəstəliyə bənzər hallar patogenetik müalicə tələb etmədiyi halda, subklinik vəziyyətlər araşdırılma və müalicə tələb edə bilər.

Paylaş: