Qalxanabənzər vəz hormon istehsal edərkən yod elementindən istifadə edir. Bu elementin az olduğu, daha doğrusu dəniz səviyyəsindən yüksək olan zonalarda (Azərbaycanda daha çox Qax-Şəki-Zaqatala, Quba-Xaçmaz rayonları endemik zona hesab olunur) zob xəstəliyinə çox rast gəlinir. Yod çatışmazlığını aradan götürməklə endemik zob xəstəliyinin qarşısını almaq olar. Bunun üçün yodlu duz və onun düzgün istifadəsi (qapalı halda, günəş işığından qorunmaqla saxlanılmalı, yeməyə bişirilmə prosesinin sonunda vurulmalı və s.), balıq məhsullarına, meyvə-tərəvəzə üstünlük verilməsi və s.profilaktikada vacib məsələlərdir.