Cəmiyyətdə hamı sağlam olmaq, heç bir həkimə, dərmana ehtiyac olmadan yaşamaq arzusundadır. SAĞLAM yaşamağın sirri sağlam həyat tərzindədir. Sağlam olmaq və düzgün həyat tərzi keçirmək hər bir insanın arzusu olsa da, çox təəsüf ki, bunu hamı vaxtında başa düşmür və sağlamlığı itirəndən sonra onu bərpa etmək istəyirlər. Bu isə çox çətin və bəzən də mümkünsüz olur. Bəzən insanlar elə hesab edir ki, sağlamlığı qorumaq onun yox, cəmiyyətin, həkimlərin, ictimai quruluşun, dövlətin və ya kiminsə borcudur. Hər bir şəxs öz sağlamlığını özü qorumalı, necə deyərlər, özü-özünün həkimi olmalıdır.
Özünüzə sual verin-keçirdiyiniz həyat tərzi sağlamdırmı? Sağlam həyat tərzi haqqında çoxlu metodlar və fikirlər irəli sürülüb. Bunların ən vacibləri və əsaslarından düzgün və təbii qidalanma başda gəlir. Burada məqsəd orqanizmi çirkləndirməkdən qorumaq, yararsız qida məhsullarının və konservantların bədənə daxil olmasına yol verməməkdir! “Ölü qidalar” dediyimiz – qənd, kofe, şirniyyatlar, şokolad, xörək duzu, kolbasa, sosika və digər sənaye üsulu ilə hazırlanmış və konservləşdirilmiş məhsullardan, siqaret və spirtli işkilərdən imtina etmək lazımdır.
Orqanizm üçün çox zərərli olan xörək duzunun qəbulunu, xüsusən, hipertoniya xəstəliyindən əziyyət çəkənlər minimuma endirməlidirlər. Menyuda hər gün göyərti, müxtəlif meyvə-tərəvəzlərin və digər təbii məhsulların (bal, limon, xurma və.s.) olması zəruridir. Bol maye qəbulu, xüsusən çiy su içilməsi orqanizm üçün çox vacibdir. Hər bir sağlam insan sutka ərzində azı iki litr təmiz su içməlidir. Su içən zaman dəri təravətli qalır, vaxtından əvvəl qırışlar yaranmır, fəqərələr kövrəlmir, osteoxondroz yaranmır, qamət pozulmur, yoğun bağırsaqlar normal işləyir, qəbizlik olmur və s.
Hər gün sübh tezdən yuxudan durmağa adət edin və mütləq tualetə getməyə cəhd edin. Əgər qəbizliyiniz varsa, araşdırılmalı və dərmansız (təbii) və ya dərman preparatları ilə aradan qaldırılmalıdır. Siz nə qədər cəhd etsəniz də belə, onsuz da zaman keçdikcə orqanizmdə zəhərli, toksiki maddələrin (şlakların) toplanması baş verəcək. Xəstəliklərin əmələ gəlməsinin, vaxtsız qocalığın səbəblərini də bunda axtarmaq lazımdır.
Çalışın, acanda yemək yeyin; süfrədən tam doymamış durun və gecələr yeməkdən imtina edin! Aclıq seanslarının keçirilməsinə adət edin. Aclıq zamanı bədəndə artıq toplanmış toksinlərin xaric olması sürətlənir, təmizlənmə, sağalma və bərpa prosesləri gedir. Əgər tam ac qala bilmirsinizsə, onda gün ərzində yalnız ya alma, ya meyvə şirələrindən istifadə edin. ”Balıq”,”su”,”meyvə” günləri təyin edin. Əsrlər boyu milyonlarla insanların sınanmış əqidəsi və həyat tərzi olan oruc tutmaq da orqanizmi sağlamlaşdıran ibadətdir. Heç vaxt başınız ağrıyanda, qızdırmanız olanda, zehni və fiziki halsızlıq şəraitində qida qəbul etməyin, əksinə qidadan imtina edin. Bütün qidaları çalışın çox çeynəyin. Çalışın müxtəlif qidaları eyni vaxtda yeməyin, xörəkləri qarışdırmayın. Biz yediklərimizdən ibarətik və ya Sevgili Peyğəmbərimizin (s.ə.s.) “Bütün fəsadların yuvası-mədə,bütün dərdlərin şəfası pəhrizdir” kəlamını unutmayin.Əgər Siz göstərilənlərə əməl etsəniz, deməli orqanizmdə toplanmış toksinləri çıxartmış olursunuz,vaxtsız qocalığın və xəstəliklərin qarşısını almış olursunuz. Çalışın, sərt yerdə yatın. Yataqda arxası üstə və düz uzanmağa nail olun. Sərt yataq onurğa sütunu üçün çox faydalıdır. həyatımızın bir parçasına çevrilməlidir. İdman hərəkətləri zamanı orqanizm gümrahlaşır, özünəinam hissi artır, qan yağları, təzyiq və qan şəkəri normallaşır.
Hər gün mütəmadi idmanla məşğul olun. Gün ərzində 5-7 km piyada gəzmək və ya alternativ olaraq üzmək və ya digər idman növləri də məqsədəuyğundur. Bu zaman bütün orqanizmin qan və oksigenlə zənginləşməsi sürətlənir. Mütəmadi dediyimiz müayinələrdən keçin! Qanın laxtalanma komponentləri,xolesterin,şəkərinizi, virus hepatitlərini mütləq yoxladın, vaksinasiya olunun, bədən çəkinizi, qan təzyiqinizi daim kontrol edin! HIPERTONIYA, ŞƏKƏRLİ DİABET, PİYLƏNMƏ — ƏSRİMİZİN EPİDEMİYASI VƏ YA ÖLÜM TRİOSUDUR! Aktiv həyat tərzi xəstəliklərin əmələ gəlməsinə, orqanizmin zəifləməsinə qarşı mübarizənin ən effektiv növlərindən biridir. keçirməyə çalışın. Bunun üçün həmişə səbirli olun. Bütün xəstəliklərə qarşı ən effektiv mübarizə üsullarından biri də ruhi sakitlikdir: başınızdakı qısqanclıq, kin, həsəd və bu kimi neqativ fikirləri qovun, onu yaxşıları ilə – sevgi, məhəbbət, dostluq, ümid, xeyirxahlıq və s.kimi pozitiv duyğularla əvəz etməyə çalışın!! İnsanları, dostları, uşaqları, təbiəti, bir sözlə, həyatı sevin
sağlam yaşayın!