
Akromeqaliya xəstəliyinin yaranmasında çox vaxt səbəb hipofiz vəzində adenom adı verilən xoşxassəli şişlərdir. Hipofiz vəz adenomaların çoxu 1 sm-dən böyük makroadenomadır və 99% xoşxassəlidir. Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez olunan və böyümə hormonuna təsir edən insulinə bənzər böyümə faktoru-1 (İGF-1) də akromeqaliya xəstəliyinin inkişafında böyük rol oynayır. Hipofiz adenomlarından başqa mədəaltı vəz , ağciyər, böyrəküstü vəz şişləri də böyümə hormonu sintez edərək və ya böyümə hormonun artışına yol açaraq akromeqaliyaya səbəb ola bilər. Akromeqaliya həmçinin bəzi genetik xəstəliklər nəticəsində də ortaya çıxa bilər. Akromeqaliya xəstəliyində əlamətlər sakit formada yarandığından, bu xəstəliyin nəzərə çarpması hormon səviyyəsinin artmağa başladığından 5-10 il sonra özünü göstərir. Adətən bu dəyişiklikləri çox zaman xəstələrin köhnə şəkilləri ilə müqayisə edəndə nəzərə çarpır. Akromeqaliya müalicə olunmazsa ciddi problemlərə yol aça biləcək, öldürücü bir xəstəlikdir.
