Dr. Hidayət Məmmədzadə

Akromeqaliya xəstəliyinin əlamətləri hansılardır?

Əsas klinikanı verən artmış böyümə hormonu və insulinə bənzər boy faktoru -1 təsirindən sümüklərdə eninə və uzununa böyümə artır, diastema – diş aralanır, əl-ayaq genişlənərək böyüyür, əng,…

İkincili endokrin funksional pozğunluqlar – hiperinsulinizm, qlükoza intoleransı, şəkərli diabet, amenoreya, menstrual pozğunluqlar, kişilərdə impotensiya və ginekomastiyalar baş verir.Autoimmun endokrin sindromlar araşdırılmalı hiperparatiriodizm (MEN-1), pankreas tümörləri, nadir hallarda şəkərsiz diabet(diabetus insipidus)da ola biləcəyindən problemə poliendokrin patologiya kimi baxmaq lazımdır. Əsas ağirlaşmaları kardiovaskulyar (ürək çatmamazlığı) və kolon kanserləridir.Ölüm səbəbi əsasən kardiomeqaliya və ürək çatmamazlığıdır.Akromeqaliya qəflətən deyil, uzun müddət ərzində yaranan dəyişikliklərə səbəb olan xəstəlikdir.Ona görə əsasən gec aşkara çıxır.Ən çox rast gəlinən klinik əlamətləri sistemləşdirsək bunlar aşağıdakılardır:

Sümük və dəri dəyişiklikləri. Əl və ayaqlarda böyümə

Dərinin kobud və yağlı görünüşü

Mülayim hirsutizm

Tər vəzilərində hiperfunksiya səbəbindən tərləmənin artması

Oynaqlarda ağrı, hərəkət məhdudluğu.

Baş və üzvlərdəki dəyişikliklər:

  • Üz xətlərində kobudlaşma
  • Periorbital(göz ətrafı) ödemlər
  • Alt çənənin böyüməsi nəticəsində çeynəmədə narahatçılıq
  • Dildə böyümə(makroqlossiya)
  • Vokal kordlar qalınlaşır,səs xırıltılı olur. Tipik səs, akromeqaliya nitqi olur, sanki səs burun-udlaqdan çıxır.
  • Xoruldama

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Hipofiz vəzi

Akromeqaliya xəstəliyində müalicəmizin məqsədi nədir?

· Hipofiz vəz adenomunun böyüməsinin qarşısını almaq. · Böyümə hormonu və İGF-1 göstəricilərini normaya salmaq. · Adenoma bağlı olaraq yumşaq…

Oxu
Hipofiz vəzi

Akromeqaliya xəstəliyinin diaqnozu necə qoyulur?

Akromeqaliya diaqnozunu təsdiqləmək üçün aşağıdakı laborator analizlər lazımdır: İGF-1:bu hormon Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez…

Oxu
Hipofiz vəzi

Akromeqaliya nədir?

Akromeqaliya – yunan sözü olub, “Akros”-üzvlər, “Megalos”-böyümə deməkdir. Böyümə hormonunun hipofiz vəzindən (GH) artıq sekresiyasına bağlı…

Oxu