Dr. Hidayət Məmmədzadə

Akromeqaliya xəstəliyində müalicəmizin məqsədi nədir?

· Hipofiz vəz adenomunun böyüməsinin qarşısını almaq.

· Böyümə hormonu və İGF-1 göstəricilərini normaya salmaq.

· Adenoma bağlı olaraq yumşaq toxumada yaranan şikayətləri aradan qaldırmaq.

· Yaşam keyfiyyətini artırmaq.

Düzgün müalicə olunarsa kobudlaşmış dəri və yumşaq toxumadakı şişkinlik düzələr. Lakin böyümüş sümükləri kiçiltmək olmur, sadəcə olaraq sümüklərin daha da qalınlaşma və böyüməsinin qarşısını almaq olur.Müalicəyə xəstənin yaşı, şikayətləri,adenomun yeri və ölçüsünə görə qərar verilir. Müalicə taktikasında medikamentoz, cərrahi və süa müalicəsi üsullarından istifadə edilir.

Cərrahi müalicə: Akromeqaliyalı xəstəliyində məsləhət görülən ilk üsul cərrahi yolla hipofiz adenomunun çıxarılmasıdır.Əməliyyat selektiv,seçici və total olmaqla adenomun çıxarılmasına yönəlməlidir.Adenomun ölçüsü nə qədər kiçik olarsa, əməliyyat bir o qədər uğurlu olur. Əgər əməliyyatdan sonra böyümə hormon səviyyəsi yenə yüksək qalarsa o zaman digər müalicə üsullarından da istifadə olunur.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Hipofiz vəzi

Akromeqaliya xəstəliyinin diaqnozu necə qoyulur?

Akromeqaliya diaqnozunu təsdiqləmək üçün aşağıdakı laborator analizlər lazımdır: İGF-1:bu hormon Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez…

Oxu
Hipofiz vəzi

Akromeqaliya xəstəliyinin əlamətləri hansılardır?

Əsas klinikanı verən artmış böyümə hormonu və insulinə bənzər boy faktoru -1 təsirindən sümüklərdə eninə və uzununa böyümə artır, diastema – diş…

Oxu
Hipofiz vəzi

Akromeqaliya nədir?

Akromeqaliya – yunan sözü olub, “Akros”-üzvlər, “Megalos”-böyümə deməkdir. Böyümə hormonunun hipofiz vəzindən (GH) artıq sekresiyasına bağlı…

Oxu