Dr. Hidayət Məmmədzadə

Akromeqaliya xəstəliyinin diaqnozu necə qoyulur?

Akromeqaliya diaqnozunu təsdiqləmək üçün aşağıdakı laborator analizlər lazımdır: İGF-1:bu hormon Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez edilib, böyümə hormonun təsirini aktivləşdirir.

Bütün hipofiz hormonları, qanın biokimyəvi analizi, ultrasəs müayinəsi ilə qarın boşluğu üzvləri və qalxanabənzər vəzi ( medulyar tireoid kanseri riski belə xəstələrdə yüksək olur) müayinəsi, kardioloji müayinələr,ağciyərlərin rentgen və mədə-bağırsaq sisteminin endoskopik müayinəsi də akromeqaliya xəstələrində edilməlidir.Kuşinq xəstəliyi, mix adenomlar ağıla gəlməli xəstə hərtərəfli araşdırılmalıdır.Akromeqaliya ikincili bir şəkərli diabet və hipertoniya səbəbidir. Akromeqaliya xəstəliyini hipofiz vəzin MRT müayinəsi ilə təsdiqləmək lazımdır.Əgər hipofiz vəz MRT-si heç bir nəticə verməzsə, o zama döş və qarın boşluğunun da tomoqrafiyası və digər müayinə üsulları ilə xəstəlik təsdiq olunmalıdır.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Hipofiz vəzi

Akromeqaliya xəstəliyində müalicəmizin məqsədi nədir?

· Hipofiz vəz adenomunun böyüməsinin qarşısını almaq. · Böyümə hormonu və İGF-1 göstəricilərini normaya salmaq. · Adenoma bağlı olaraq yumşaq…

Oxu
Hipofiz vəzi

Akromeqaliya xəstəliyinin əlamətləri hansılardır?

Əsas klinikanı verən artmış böyümə hormonu və insulinə bənzər boy faktoru -1 təsirindən sümüklərdə eninə və uzununa böyümə artır, diastema – diş…

Oxu
Hipofiz vəzi

Akromeqaliya nədir?

Akromeqaliya – yunan sözü olub, “Akros”-üzvlər, “Megalos”-böyümə deməkdir. Böyümə hormonunun hipofiz vəzindən (GH) artıq sekresiyasına bağlı…

Oxu