Dr. Hidayət Məmmədzadə

Böyüməyə təsir edən faktorlar nələrdir?

Genetik amillər, ana-ata olaraq uşaqlara verilən genetik boy potensialı, hormonlar və ətraf mühit faktorları bətndaxili dövrdən yetkinlik çağına qədər böyüməyə təsir edir.

-Genetik meyillilik.

-Qidalanma.

-Yuxu rejimi.

-Dərmanlar.

-Xəstəliklər.

Əsas böyüməyə təsir edən faktorlar aşağıdakılardır;

Genetik meyillilik.

Uşağın böyüməsində ana və atanın boyları əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, əksər hallarda qısa boylu valideynlər qısa boylu uşaqlara, uzun boylu valideynlər isə uzun boylu uşaqlara sahibdirlər.

-Qidalanma.

Normal bir böyümə üçün balanslaşdırılmış bir qida menyusunun olması şərtdir.Uşaqlar qidalarla lazımlı miqdarda zülal (süd, qatıq, pendir, yumurta, ət), yağ, karbohidrat,meyvə-tərəvəzlər, vitamin və minerallar almalıdırlar. Xüsusilə bir yaşa qədər qidalanma çox əhəmiyyətlidir. İlk 6 ay ana südü və daha sonra uyğun əlavə qidaların başlanması lazımdır.Uşaqların gündəlik təmiz, çiy su içmələrinə də şərait yaratmaq lazımdır.Orqanizmin 2/3 hissəsinin su olmasını da unutmamaq lazımdır.Uşaqlar, ümumiyyətlə, şəkərli içkilər, şokalat, cips,konfetlər, marketlərdə hazır satılan meyvə suları, şirniyatlar kimi konservantlı yeməkləri yeməyə meyllidir.Bu cür qeyri-düzgün qidalanma metabolik sindrom, piylənmə xəstəliyi, eyni zamanda boy qısalığı kimi problemlərə yol açmaqdadır.Yanlış qida rejiminin düzəldilməsi uşağın böyüməsi və boy artmasında ediləcək ilk görülməli tədbirlərdəndir.

Yuxu rejimi.

Vacib məsələlərdən biri uşaqların tez yatmasına çalışmaqdır.Böyümə hormonu gecələr, yuxuda ikən çox istehsal olunduğundan,xüsusən boy qısalığı problemi olan uşaqlar erkən saatlarda yatmalıdırlar.

Böyüməyə təsir edən hormonlar.

İnsan bədənində böyüməyə təsir edən bir qrup hormonlar vardır. Normal böyümə üçün bu hormonların birlikdə fəaliyyəti şərtdir. Ana endokrin vəzi hipofiz adı verilən orqandır, hansı ki, böyümə hormonu buradan istehsal olunur.Boynun ön qisimində yerləşən qalxanabənzər vəzi tərəfindən ifraz olunan hormonlar həm böyümə, həm də əqli inkişaf, eyni zamanda sümüklərin böyüməsinə təsir edir.

Oğlanlarda xayalar tərəfindən ifraz olunan testesteron, qızlarda isə yumurtalıqlardan gələn esterogen adı verdiyimiz hormonlar və hər iki cinsdə də böyrəküstü vəzilərdən istehsal olunan androgen isimli cinsi hormonlar, xüsusilə yetkinlik dövründəki sürətli böyümədən məsul olan hormonlardır.

Uşaqlıq dövrünün qeyri-endokrin xəstəlikləri.

Uşaqlıq dövrünün bir çox infeksion və qeyri infeksion xəstəlikləri böyüməyə mənfi istiqamətdə təsir edir. Məsələn ürək, ağciyər, böyrək kimi orqanların uzun müddətli və əhəmiyyətli xəstəlikləri, xüsusən mədə-bağırsaq sisteminin xəstəlikləri böyümə üzərində mənfi təsir edir.

-Dərmanlar.

Bəzi xəstəliklərin müalicəsində istifadə edilən müəyyən dərmanlar,xüsusən tetratsiklin,levomisetin kimi antibiotiklər və s.qrup dərmanlar boy artımına mənfi istiqamətdə təsir edə bilər.Dərman verilməsi yalnız həkimin təyinatı və nəzarəti altında edilə bilər.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Pediatrik endokrinologiya

Boy qısalığının diaqnostikası necə aparılır?

Böyümənin anormal və ya normal olduğunun göstəricisi, boy inkişafının müəyyən zaman içərisindəki böyümə sürətidir. Ana-ata uşağın görünüşündəki…

Oxu
Pediatrik endokrinologiya

Səbəbi bilinməyən boy qısalığı (İdiopatik boy qısalığı) nədir?

Boy qısalığına yol açdığı məlum hormon əskiklərini və ya xəstəliklərindən heç birinin olmadığı bilinməsinə rəğmən bir uşağın boyu, gözlənilən…

Oxu
Pediatrik endokrinologiya

Ana bətnində başlayan boy qısalığı (İntrauterin inkişaf geriliyi) haqqında nə demək olar?

Ana bətnində başlayan boy qısalığı ilə gedən bir sıra genetik sindromlar elmə məlumdur. Bu sindromlardan Turner sindromu – qız uşaqlarında böyümə…

Oxu