Dr. Hidayət Məmmədzadə

Diabet diş və diş ətinə necə ziyan vurur?

Diş və diş əti xəstəlikləri hərkəsin rastlaşa biləcəyi problemlərdir. Diş daşları adı verilən və mikroblardan ibarət olan yapışqan bir təbəqə dişləri örtür.

Qanda şəkər yüksək səviyyədədirsə diabetli şəxslər daha tez-tez diş və dişəti problemlərilə üzləşirlər. Dişləri itirməyə qədər gedə bilən problemlər meydana gələ bilər. Əgər yaş 45 və artıqdırsa,diabetiniz varsa, və bir də siqaret çəkirsinizsə, diş və dişəti problemləri ehtimalınız yüksəkdir. Diş ətində qızartı, şişkinlik, ağrı problemin göstəricisidir. Bu vəziyyətə “Periodontitis” deyilir. Bu,dişətini və dişi saxlayan sümüyün iltihabıdır. Müalicə edilməsə diş əti yuxarı qalxır,dişləriniz sanki daha uzun kimi görünür,nəticədə diş xəstəlikləri və onların çəkilməsinə ehtiyac yaranır. Diş əti xəstəliklərindən xilas olmaq üçün qan şəkərinizi nəzarətdə saxlayın və dişlərinizə qulluq edin, dinamik nəzarət edin. Şikayətlərdən asılı olmayaraq vaxtaşırı hər 6 aydan bir ən geci ildə bir dəfə stamotoloq qəbuluna gedin.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Digər vacib…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?

Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…

Oxu