Dr. Hidayət Məmmədzadə

Şəkərli diabet xəstəliyi – əsrimizin epidemiyası!

Şəkərli diabet hər yaşda rast gəlinən, ciddi ağırlaşmalarla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli və geniş yayılmış qeyri-infeksion xəstəlikdir.

Şəkərli diabet və ya şəkər xəstəliyi mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya (qanda qlükoza səviyyəsinin yüksək olması) ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulması ilə müşayiət olunan polietioloji (çoxsəbəbli) xəstəliklər qrupudur.

Şəkərli diabet diaqnoz qoyulandan sonra həyat boyu davam edən xroniki xəstəlikdir. Statistik məlumatlara görə, dünyada 425 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə 264 mindən çox diabet xəstəsi rəsmi qeydiyyatdadır, lakin unutmaq olmaz ki, dünyada şəkərli diabet xəstəsi qədər də diabet riski daşıyan insan var. Rəsmi statistika bu xəstəliyin gələcəkdə daha da artacağını proqnozlaşdırır.

Hazırda Beynəlxalq Diabet Federasiyasının verdiyi açıqlamaya görə, bu gün dünya əhalisinin hər 11 nəfərindən biri şəkərli diabet xəstəsidir.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?

Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin yol aça bildiyi digər göz problemləri nələrdir?

Şəkərli diabetin səbəb ola biləcəyi digər problemlər katarakta və qlaukomadır. Diabetli şəxslərdə gənc yaşda əmələ gəlmə ehtimalı daha güclüdür.…

Oxu