
Şəkərli diabet ayaqlara necə ziyan vurur?
Düzgün idarə edilməyən diabet sinir sisteminin pozulmasına səbəb olur. Bundan dərhal xəbər tutmaya bilərsiniz. Buna görə həkiminiz hər müayinə zamanı ayaqlarınızda hissiyat qüsurların əmələ gəlib-gəlməməsini yoxlamalıdır. Əgər ayaqlarınızda uyuşma, qarışqa gəzmə hissi, pambıq üstündə gəzmə hissi və ya dar corab geyinmə hissi varsa mütləq həkiminizə müraciət edin. Hissiyatın itməsi nəticəsində ayaqqabınızın ayağınızı sıxıb-sıxmadığını anlamaya və isti, soyuq kimi duyğuları ayırd etməkdə çətinlik çəkə bilərsiniz. Ayağınızı isti suda və ya soba kənarında yandıra bilərsiniz. Ayağınızda yaralar meydana gələr və siz bunun fərqdində olmaya bilərsiniz. Buna görə hər gün yatmazdan əvvəl ayağınızda hər hansı bir qızartı və yara əmələ gəlib-gəlmədiyini yoxlayın.
