Dr. Hidayət Məmmədzadə

Şəkərli diabetin yol aça bildiyi digər göz problemləri nələrdir?

Şəkərli diabetin səbəb ola biləcəyi digər problemlər katarakta və qlaukomadır. Diabetli şəxslərdə gənc yaşda əmələ gəlmə ehtimalı daha güclüdür.

Katarakta göz linzasının şəffaflığını itirərərək tutqun bir vəziyyət almasıdır. Katarakta zamanı gözünüzün önündə bir bulud və ya duman varmış kimi hiss yaranır. Yeganə müalicə yolu cərrahi müdaxilədir. Şəffaflığını itirən göz linzası götürülüb yerinə süni olanı yerləşdirilir.

Qlaukoma göz daxili təzyiqin yüksəlməsi səbəbi ilə görmə sinirinin gedərək zəifləməsidir. Qlaukoma əsasən göz damcıları ilə müalicə edilir. Gözdaxili təzyiqi azaldan bəzi damcılar istifadə etməklə və ya bəzi hallarda lazerlə müalicə üsulu seçməklə qlaukomanın zərələrini azalda bilərsiniz.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Digər vacib…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?

Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…

Oxu