Dr. Hidayət Məmmədzadə

Endokrinologiya bölməsində aparılan prosedurlar

Endokrinoloji xəstələrin şikayətlərinə və patologiyaya uyğun tam müayinəsi (anamnezin toplanması,obyektiv müayinə və s.)

  • – Arterial təzyiqin,qan şəkərinin ölçülməsi,boyun,çəkinin, qarın çevrəsinin ölçülməsi, BKİ (bədən kütlə indeksinin) təyini,ağ ciyərlərin, ürək tonlarının auskultasiyası,qarın boşluğu üzvlərinin detallı müayinəsi
  • – Dinamik test otağında endokrin xəstəliklərin diaqnostikasında mühüm əhəmiyyət kəsb edən bütün növ endokrin testlərin aparılması
  • – Şəkərli diabet xəstələrinin dünya standartlarına uyğun diaqnostika, müalicəsi və təqibi, qan şəkərinin təqib dəftəri, pəhrizlərin verilməsi, pasientlərə fərdi diabet məlumatlarının, broşurlər və s. verilməsi
  • – “Diabet məktəbi”şəkərli diabetlə məşğul olan bütün tibb müəssisələrində olmalı və diabet təliminin verilməsində mühüm yer tutmaqdadır. Diabet dərslərində əyani vasitələr ve video materiallar istifadə olunur.
  • – Qalxanabənzər vəzin xəstəliklərinin tam diaqnostikası, müayinəsi və müalicəsi
  • – Sümük yaşının təyini və boy qısalığının protokola uyğun müalicəsi
  • – Piylənməsi olan,artıq çəkidən əziyyət çəkən pasientlərin ətraflı müayinəsi müalicə, pəhriz və məsləhətlərin verilməsi
  • – Endokrin mənşəli hipertoniyaların diaqnostika və müalicəsi
  • – Gastroenteropankreatik-neyroendokrin tümerlərin (şişlər) diaqnostikası, endokrin yöndən müalicəsi və təqibi
  • – Osteoparozların və sümük metabolik xəstəliklərin, qalxanabənzərətraf vəz, vitamin D yetərsizliyi, kalsium, fosfor mübadiləsi və bu kimi digər metabolik xəstəliklərdə gudiline uyğun olaraq diaqnostika və müalicə
  • – Hipofiz-hipotalamus xəstəlikləri (Kuşing xəstəliy, Akromeqaliya, prolaktinomalar, şəkərsiz diabet, hipofizar nanizm (cırtdanboyluluq) və s.) araşdırılması və müalicəsi
  • – Böyrəküstü vəz xəstəliklərinin (Addison xəstəliy, Konn sindromu, feoxromositoma, adrenal yetərsizlik sindromları və s.) araşdırılma və müalicəsi
  • – Endokrin mənşəli qadın və kişi sonsuzluğunun, hipoqonadizm, pubertə gecikməsi, aybaşı pozğunluğunun və bu kimi digər cinsi vəzlərin müxtəlif patologiyalarının araşdırılması və müalicəsi
  • – Pasientlərə hər mövzuda dəstək olaraq onların lazım olan hallarda xarici həkimlərlə konsultasiyalarının təşkil olunması və s.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var: Bunlardan birincisi təlimdir. Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq…

Oxu
Şəkərli diabet

Diabetin hər kəsin bilməli olduğu əlamətləri

Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır: • Susuzluq və ağızda quruluq hissi; • Tez-tez və əsasən gecələr sidiyə çıxma; •…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur: Tip 1 diabet. Bu növ diabet xəstəliyi…

Oxu