Dr. Hidayət Məmmədzadə

Xəstəliyin klinik əlamətləri hansılardır?

Yuxarıda saydığımız xəstəlik növlərinə görə xəstələrin şikayətləri də dəyişir:

-Hormonların artıq sekresiya olunduğu toksiki zoblarda : halsızlıq, əllərdə əsmə, tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalan gözlük) , ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar, aybaşı pozulmaları kimi əlamətlər olur.

-Hormonların az sekresiya olunduğu vəziyyətlərdə : hərəkətlərdə yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.

-Hormonal tarazlıq pozulmayan tiplərdə : sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən görünüşdə problem və s.) olur.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var: Bunlardan birincisi təlimdir. Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq…

Oxu
Şəkərli diabet

Diabetin hər kəsin bilməli olduğu əlamətləri

Diabetin klassik hesab edilən əlamətləri aşağıdakılardır: • Susuzluq və ağızda quruluq hissi; • Tez-tez və əsasən gecələr sidiyə çıxma; •…

Oxu
Şəkərli diabet

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur: Tip 1 diabet. Bu növ diabet xəstəliyi…

Oxu