Dr. Hidayət Məmmədzadə

Hipoqlisemiyanın şikayətləri, diaqnostika və müalicəsi

Şikayətləri – 2 qrupa bölünür:

  • Adrenergik simptomlar – əsmə, aclıq hissi, soyuq tər, baş ağrısı, ürək döyünmə, əsəbilik, ankisiolitik ( qorxular) şikayətlər;
  • Neyroqlükopenik simptomlar – halsızlıq, dezkordinasiya, görmə pozğunluğu, danışmada gücsüzlük və koma.

Diaqnostikada Whipple triadası dediyimiz klinik praktikada ən çox özünü doğrultmuş sadə bir testdən istifadə edilir.

  • Simptomların hipoqlisemiya ilə uyğunluğu;
  • Plazma qan şəkərinin hipoqlisemiya sərhədində olması;
  • Xəstənin qan şəkərini yüksəltdikdən sonra şikayətlərin keçməsi.

Diaqnozu dəqiqləşdirmək üçün aclıq qan şəkərindən başqa qanda insulin, Cpeptid, isulin/ C-peptid nisbəti, HbA1C, uzanmış aclıq testi, qarışıq yemək(mix-meal) testi, reaktiv hipoqlisemiyanı aşkara çıxarmaq üçün uzanmış şəkər yükləmə testi, instrumental müayinələr (ultrasəs və tomografik görüntüləmələr), radionuklid diaqnostika və s. aparıla bilər.

Müalicə:

Bu zaman aşağıdakılar edilir:

  • Əsas xəstəliyin müalicəsi (əsasən cərrahi müalicə və ya patogenetik səbəbə yönəlmiş proseduralar);
  • İnsulin və ya şəkərendirici tabletlərin dozasının azaldılması və ya diabetli xəstədirsə, xəstənin yenidən dəyərləndirilməsi;
  • Düzgün qida rejiminin seçilməsi (reaktiv hipoqlisemiyalarda) və pəhriz müalicəsi (karbohidratlardan az istifadə və bəsit şəkərlərdən uzaq durmalı və s.);
  • İdman təlimatı və həkim nəzarəti;
  • Mütəmadi kontrolların aparılması, qan şəkərinin ölçülməsi və s.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Digər vacib…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?

Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…

Oxu