Dr. Hidayət Məmmədzadə

Şəkərli diabetdə diş və diş əti problemləri

Diş həkiminə getməmişdən qabaq və ya diş həkimi planlaşdırdığı bir cərrahiyə əməliyyatı varsa mütləq qan şəkərini kontrolda saxlamaq, lazım olarsa endokrinoloqla məsləhətləşmək lazımdır.

Ümumiyyətlə, diş həkimlərinə xəstələrimiz şikayət oldu ya olmadı getmələri lazımdır. Çünki, bu cür xəstələrdə diş problemləri yaranması üçün bir meyillik olur. Ağızda tüpürcək vəzilərin fəaliyyətində azalma olduğundan göbələk xəstəliklərinə meyillilik,bəzən xəstələr qəbul etdiyi hipertoniya əleyhinə dərmanlara və diabetə bağlı ağız quruluğu, stomatit, kandidoz, diş əti xəstəliklərinə bir meyillilik olur. Eyni zamanda protez, xüsusən hərəkətli protez qəbul edən xəstələrə protez və qulluq qaydaları haqqında xəstəyə ətraflı təlimat verilməlidir. Bəzən diabetik neyropatiya ilə bağlı sinir problemlər ilə əlaqəli diabetli xəstələrdə “yanan ağız sindromu” olur, bu xəstələrdə dil ağrıları, sinir ağrıları kimi şikayətlər onları davamlı narahat edir. Qlisemik kontrol və stomatoloqun konsultasiyası həmişə məsləhət görülür.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Şəkərli diabet

Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Digər vacib…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?

Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…

Oxu
Şəkərli diabet

Şəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?

Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…

Oxu