İnsulindən asılı, yəni hər gün insulin vuran diabetli xəstələrimizin erkən sabah saatlarında randevu almaları, qan şəkərinin daha tez-tez ölçmələri, xəstənin ac olması, səhər saatlarında insulin vurulmaması tövsiyə olunur. Xəstəyə cərrahi əməliyyat planlaşdırılırsa, əməliyyat sırasında isə qlükoza və insulin qarışığı xüsusi nəzarət altında yedirilməlidir. Müvəqqəti olaraq xəstələrin yaralarının tez sağalması üçün insulin müalicəsinə keçirdə bilərik. Xəstələrdə adətən xüsusi bir diş həkimi qorxusu olur. Ona görə diş həkimlərinin aztravmatik çalışması, lazım olarsa xəstələrə bir sakitləşdirici proseduraların və ya sedasiya aparılması da uyğun hesab oluna bilər. Xəstələrə psixoloji dəstək olunmalıdır. Bu cür xəstələrin qan təzyiqinin də eyni zamanda optimal səviyyələrdə olması çox lazımdır. Yüksək səviyyədə qan təzyiqi olan bir xəstədə yanaşı cərrahi stressə bağlı olaraq ağırlaşmaların, hipertonik krizlərin və qanaxma riski də ola bilər. Qan təzyiqinin təbii ki, kardioloqlar tərəfindən kontrol olunmağı vacibdir.
Stomatoloji proseduralarda şəkərli diabet xəstələrinə psixoloji dəstək
Hamilə diabetli pasientlərimiz diş həkiminə getməmişdən öncə hamiləlik və diabet baxımından dəyərləndirilməlidirlər.
Oxumağa davam edin
Bu mövzuda başqa yazılar
Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?
Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Digər vacib…
OxuŞəkərli diabetdə ayaqlara niyə qulluq etməliyik?
Diabet ayaqlarınızı yaralanmalara və infeksiyalara qarşı həssas edir. Bunun səbəbi ayaqda və barmaqlardakı hissiyatın yavaş-yavaş itməsidir. Bir…
OxuŞəkərli diabetdən qaynaqlanan göz problemlərindən necə qoruna bilərəm?
Qan şəkərini və qan təzyiqini norma hesab olunan göstəricilərə yaxın tutmağa çalışın. Mütəmadi oftolmoloq yoxlamasından keçin. İldə bir dəfə göz…
Oxu