Dr. Hidayət Məmmədzadə

Uşaqlarda boy qısalığı və inkişaf geriliyi problemləri

Normal böyümə üçün sağlam həyat tərzi keçirmək, doğru-düzgün qidalanmaq və normal hormon tarazlığına sahib olmaq lazımdır.

Normal böyümə nədir?

Orqanizmin inkişafında, ümumiyyətlə, ən sürətli dövr bətndaxili inkişaf dövrüdür.Təxminən 9 aylıq bir hamiləlik müddətində ortalama 50 sm böyümə həyatımızın heç bir anında baş verməz.Həyatın ilk ili içində körpənin boyu 25 sm qədər uzanır və çəkisi isə üç dəfə artır.Beləliklə, doğulmasının bir ilini qeyd edən körpənin boyu ortalama 75 sm-ə, çəkisi isə ortalama 10 kq-a çatır. Bir yaşından sonra isə böyümə yavaşlayar. Təxminən iki yaşını aşmış olan uşaq nisbətən sabit sürətlə böyüyür və sonrakı illər ərzində təxminən eyni bir böyümə əyrisini təqib edir. Bu sabit böyümə yetkinliyin başlamasına qədər beləcə davam edir.Hər uşağın boyu yaşıdlarından fərqli olsa da, müəyyən bir sabitliklə böyüyərsə bu normal haldır.10-12 yaş dövrünə gələnə qədər hər iki cins ortalama eyni nisbətdə böyüyürlər. Yetkinlik çağının ilk əlamətləri qızlarda 10-11 yaş,oğlanlarda isə 11-12 yaş arasında ortaya çıxır. Yetkinlik dövründə ikincili cinsi əlamətlərlə bərabər boy artımı sürətlənir.Boy artımı da qızlarda daha əvvəl baş verir.Ortalama olaraq qızlar 11-12, oğlanlar isə 13-14 yaşlarında ən sürətli böyümələrini yaşayarlar. Amma bunda fərqliliklər ola bilər. Belə ki, yetkinlik erkən və ya gec başlaya bilər, ümumiyyətlə ana və ya ata xüsusiyyətlərinə bənzərliklər ola bilər, individuallıq da təbii ki, nəzərə alınmalıdır.

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Pediatrik endokrinologiya

Boy qısalığının diaqnostikası necə aparılır?

Böyümənin anormal və ya normal olduğunun göstəricisi, boy inkişafının müəyyən zaman içərisindəki böyümə sürətidir. Ana-ata uşağın görünüşündəki…

Oxu
Pediatrik endokrinologiya

Səbəbi bilinməyən boy qısalığı (İdiopatik boy qısalığı) nədir?

Boy qısalığına yol açdığı məlum hormon əskiklərini və ya xəstəliklərindən heç birinin olmadığı bilinməsinə rəğmən bir uşağın boyu, gözlənilən…

Oxu
Pediatrik endokrinologiya

Ana bətnində başlayan boy qısalığı (İntrauterin inkişaf geriliyi) haqqında nə demək olar?

Ana bətnində başlayan boy qısalığı ilə gedən bir sıra genetik sindromlar elmə məlumdur. Bu sindromlardan Turner sindromu – qız uşaqlarında böyümə…

Oxu